Rusiyanın Bryansk vilayətində vurulan PUA-nın qalıqları inzibati binada yanğına səbəb olub

Rusiyanın Bryansk vilayətində vurulan PUA-nın qalıqları inzibati binada yanğına səbəb olub Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk səmasında pilotsuz uçuş aparatını (PUA) vurub, onun düşməsi nəticəsində inzibati bina yanıb.
Bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz özünün teleqram kanalında bildirib.
"Rusiya Federasiyası Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri ukraynalı terrorçuların hücumunu dayandırıb. Bryanskın Sovetski rayonu səmasında pilotsuz uçuş aparatı vurulub", - deyə region rəhbəri yazıb.
Onun sözlərinə görə, dronun düşməsindən sonra dam qismən zədələnib, inzibati binanın şüşələri sınıb, yanğın baş verib.
Boqomaz bildirib ki, itki yoxdur, operativ və təcili yardım xidmətləri hadisə yerində işləyir.

Tehsil-press.az


Oxşar xəbərlər