Suriyada Rusiyanın Xmeymim təyyarə bazasına pilotsuz təyyarələrin hücumlarından biri Amerikanın kəşfiyyat təyyarəsindən həyata keçirilirdi.
Bu haqda Rusiyanın müdafi nazirinin müavini Aleksandr Fomin bildirib.
“Onda 13 pilotsuz uçuş aparatı vahid döyüş sırası ilə və idarəolunan ümumi komanda ilə hərəkət edirdi. Bu zaman Amerikanın “Poseydon-8” kəşfiyyat təyyarəsi səkkiz saat ərzində Aralıq dənizinin akvatoriyasında patrul çəkirdi”, - Fomin dəqiqləşdirib.
Kremldən verilən açıqlamada isə bildirilir ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla bu mövzu barədə danışacaq.
Xatırladaq ki, 2017-ci il dekabrın 31-də Suriyada terrorçular Rusiyanın Xmeymim aviabazasına pilotsuz uçuş aparatları ilə hücum ediblər. Hücum nəticəsində Rusiya ordusuna aid 4 ədəd Su-24 bombardmançısı, 2 ədəd müxtəlif təyinatlı Su-35C qırıcısı və bir ədəd An-72 hərbi-yük gəmisi məhv edilib.
Döyüşçülərin atdığı mərmilərdən biri bazadakı silah-sursat anbarını dağıdıb.
Tehsil-press.az