ABŞ Nümayəndələr Palatasına yeni sədr seçilib

ABŞ Nümayəndələr Palatasına yeni sədr seçilib ABŞ-ın siyasi tarixində ilk dəfə olaraq Konqresin Nümayəndələr Palatasına sədr seçkiləri zamanı Respublikaçılar Partiyasının üzvləri öz namizədlərinin əleyhinə səs veriblər.
Seçkilərdə radikal respublikaçı Mayk Conson qalib gələrək Nümayəndələr Palatasının 56-cı sədri seçilib. M. Conson Luiziana ştatından seçilib və sabiq prezident Donald Trampın tərəfdarıdır.
Qeyd edək ki, Nümayəndələr Palatası ABŞ parlamentinin aşağı palatası hesab edilməsinə baxmayaraq, qəbul etdiyi qanunlar federal xarakter daşıyır və bütün ölkə ərazisinə şamil olunur. Konqresin yuxarı palatası hesab olunan Senat ilə yanaşı, Nümayəndələr Palatası da ABŞ Prezidentinin qərarlarına veto tətbiq etmək hüququna malikdir.
Nümayəndələr Palatasına seçkilər iki ildən bir keçirilir, spiker isə palata üzvləri tərəfindən seçilir.

Tehsil-press.az



Oxşar xəbərlər