Konqressə İrana qarşı hərbi gücün tətbiq edilməsi barədə qətnamə daxil olub

Konqressə İrana qarşı hərbi gücün tətbiq edilməsi barədə qətnamə daxil olub ABŞ Konqresinə İrana qarşı hərbi gücün tətbiq edilməsinə dair qətnamə təqdim olunub.

Tehsil-press.az-ın xəbər verir ki, qətnaməni Nümayəndələr Palatasının Floridadan olan deputatı Elsi Hastinqs təqdim edib.
Qətnamədə “İranın nüvə silahı əldə etməsinin qarşısının alınması istiqamətində məqsədlərə nail olmaq üçün prezidentə ABŞ Silahlı Qüvvələrindən istifadə etmək icazə verilir”, - deyə qeyd edilib.
Sözügedən qətnamənin Konqresin hər iki palatası tərəfindən qəbul olunma ehtimalı çox azdır.
Prezident Donald Trampın administrasiyası isə İrana qarşı qüvvə tətbiq edilməsi planı ilə bağlı münasibət bildirməyib.

Tehsil-press.az

Oxşar xəbərlər