"Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə 2015-ci ilin mart ayından başlanmış tikinti işləri fasiləsiz şəkildə davam etdirilir".
Bunu bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında energetika naziri Natiq Əlliyev deyib.
Nazir bildirib ki, qaz kəmərinin 1350 km hissəsində borular tikinti yerinə çatdırılıb və qaynaq işləri başlayıb. "İndiyədək TANAP-ın tikintisi üzrə ümumi işlərin 20%-dən çoxu yekunlaşdırılıb. Hazırda 3 lot halında inşa edilən layihə üzrə tədbirlər qrafikə uyğun şəkildə tam sürətlə davam etdirilir", - deyə N. Əliyev bildirib.
Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsinin icrasında danışan nazir bildirib ki, layihənin reallaşdırılmasındakı çətinlikləri aradan qaldıran "Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi" kimi mühüm bir sənəd Yunanıstan-Albaniya-İtaliya hökumətləri tərəfindən qəbul olunub: "Eyni zamanda, TAP layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib".
tehsil-press.az