Mahaçqalada baş verən hadisələr sosial şəbəkələr vasitəsilə xaricdən hazırlanmış təxribatdır.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dağıstanda baş vermiş iğtişaşlarla bağlı keçirilən müşavirədə söyləyib.
O bildirib ki, Dağıstanın yerli əhalisi sayılan tatlara hücum etməklə Fələstin xalqına kömək etmək mümkün deyil. Putinin sözlərinə görə, Fələstinə yalnız bu faciənin arxasında duranlarla mübarizə yolu ilə yardım etmək olar. O, İsrail-Fələstin münaqişəsinin həllinin yalnız Fələstin dövlətinin yaradılmasında olduğunu vurğulayıb.
Rusiya Prezidenti ölkə regionlarının, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının rəhbərlərini vətəndaşların Konstitusiya hüququnun, milli və dini razılığın qorunmasına yönəlmiş ciddi tədbirlər görməyə çağırıb.
Tehsil-press.az