Fələstin Prezidenti göstəriş verdi

Fələstin Prezidenti göstəriş verdi Fələstin Prezidenti Mahmud Abbas Ramazan bayramının qeyd edilməməsi barədə göstəriş verib.
Buna səbəb Qəzzaya hücum zamanı xeyli sayda insanın həlak olmasıdır.
Fələstin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, M.Abbasın verdiyi qərara uyğun olaraq, ölkədə dini ibadətdən başqa heç bir bayram şənliyi olmayacaq və yas səbəbiylə bayraqlar yarıya endiriləcək.
Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi Qəzzaya hücumda 9-u uşaq olmaqla 20 fələstinlinin həlak olduğunu və yaralı sayının 95-ə yüksəldiyini açıqlayıb.
İsrail ordusu isə açıqlama yayaraq Qəzza sektorundan İsrail ərazisinə 150-yə yaxın raket atıldığını, onların çoxunun “Dəmir Günbəz” raketdən müdafiə sistemi tərəfindən zərəsizləşdirildiyinə dair məlumat yayıb. Bildirilib ki, İsrail hərbçiləri buna cavab olaraq “HƏMAS” hərəkatının obyektlərinə aviazərbələr endirib.

Tehsil-press.az


Oxşar xəbərlər