Fələstin-İsrail münaqişəsinin həlli iki müstəqil dövlətin birgə yaşaması faktının tanınması əsasında mümkündür

Fələstin-İsrail münaqişəsinin həlli iki müstəqil dövlətin birgə yaşaması faktının tanınması əsasında mümkündür Fələstin-İsrail münaqişəsinin həlli iki müstəqil dövlətin birgə yaşaması faktının tanınması əsasında mümkündür.
BunuTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Fələstin lideri Mahmud Abbasla danışıqlardan sonra bildirib.
“Regionda ədalətli və davamlı sülhə gedən yol iki dövlətin birgə yaşaması vizyonunun tanınmasından keçir. Biz Fələstin məsələsinə güclü dəstək vermişik və bundan sonra da verəcəyik. Türkiyə Fələstin xalqı ilə həmrəylik nümayiş etdirməyə davam edəcək”.
Ərdoğanın sözlərinə görə, Ankaranın mövqeyi “Qüdsün BMT parametrlərinə görə və 1967-ci il sərhədləri daxilində Fələstinin paytaxtı olmasından” irəli gəlir.
“Türkiyə Qüdsün və Məscidül-Əqsanın statusuna yenidən baxılması cəhdlərini qəbuledilməz hesab edir”, - deyə Türkiyə prezidenti qeyd edib.
Onun fikrincə, BMT və beynəlxalq ictimaiyyət Fələstin-İsrail münaqişəsinin həllində fəal iştirak etməlidir.

Tehsil-press.az



Oxşar xəbərlər