Putin nüvə sınaqlarının hərtərəfli qadağası müqaviləsinin ratifikasiyasını ləğv edən qanunu imzalayıb

Putin nüvə sınaqlarının hərtərəfli qadağası müqaviləsinin ratifikasiyasını ləğv edən qanunu imzalayıb Rusiya prezidenti Vladimir Putin nüvə sınaqlarının hərtərəfli qadağası müqaviləsinin ratifikasiyasını ləğv edən qanunu imzalayıb. Sənəd hüquqi informasiyanın rəsmi saytında dərc olunub.
Qanun oktyabrın 18-də Dövlət Dumasında, oktyabrın 25-də isə Federasiya Şurasında yekdilliklə qəbul edilib. Oktyabrın əvvəlində Putin müqavilədən imtina təşəbbüsü ilə çıxış edib. O, ABŞ-dan fərqli olaraq Rusiyanın nüvə silahlarının sınaqlarına qoyulan qadağanı ratifikasiya etdiyini, lakin "nəzəri cəhətdən bu ratifikasiyanın geri götürülə biləcəyini" söyləmişdi.
Hərtərəfli nüvə sınaqlarının qadağası müqaviləsini 1996-cı ildə Rusiya, Çin və ABŞ imzalasa da, Hindistan, Pakistan və Şimali Koreya imzalamayıb. 2000-ci ildə Rusiya sənədi ratifikasiya etdi, lakin ABŞ və Çin bunu etmədi və hər iki ölkə nüvə sınaqlarından çəkinməyə söz verdi.
Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın ratifikasiyanı geri götürməsi onun nüvə təcrübələri aparmaq niyyətində olması demək deyil.

Tehsil-press.az



Oxşar xəbərlər