Rusiya bu halda nüvə silahından istifadə edəcək - Putin açıqladı

Rusiya bu halda nüvə silahından istifadə edəcək - Putin açıqladı “Əgər Rusiya dövlətinin mövcudluğuna təhlükə yaranarsa, biz nüvə silahından istifadə edəcəyik”.
Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlaması zamanı bildirib.
"Ağılı və yaddaşı yerində olan birinin Rusiyaya qarşı nüvə silahından istifadə etməyi fikirləşəcəyini düşünmürəm. Rusiyanın hərbi doktrinasında ölkənin nüvə silahından istifadə etməsinin iki mümkün səbəbi var. Birinci bizə qarşı nüvə silahının tətbiqi, yəni buna cavab olaraq əks-hücum tədbiri. İkinci səbəb isə Rusiya dövlətinin varlığına təhlükənin olmasıdır”, - deyə Putin bildirib.
Nüvə silahları ilə bağlı Rusiyanın hərbi doktrinasında hər hansı dəyişikliyə ehtiyac olmadığını vurğulayan Putin, bu gün Rusiya dövlətinin varlığını təhdid edəcək heç bir vəziyyətin olmadığını da qeyd edib.

Tehsil-press.az





Oxşar xəbərlər