Elmar Məmmədyarov Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Nazirlər toplantısında çıxış edib

Elmar Məmmədyarov Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Nazirlər toplantısında çıxış edib Xarici işlər naziri Elmar Məmmədyarovun Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin Dostları qrupu tərəfindən təşkil olunmuş 8-ci Nazirlər toplantısında çıxış edib.

Nazir bildirib ki, bu il Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin imzalanma üçün təqdim olunmasının 20 illiyi tamam olur. Azərbaycan bu təşəbbüsün irəli sürüldüyü vaxtdan etibarən dəstəkləyən ilk ölkələrdən biri olub. Biz NSHQM-nin qüvvəyə minməsinə Nüvə Silahının Yayılmaması Müqaviləsində nəzərdə tutulan nüvədən azad dünyanın yaradılması üçün əhəmiyyətli addım kimi baxırıq. Nüvə tərksilahına potensial töhfəsi ilə yanaşı, biz həmçinin Müqavilənin icrasının verifikasiya sistemindən əldə olunan mülki və elmi faydaları yüksək qiymətləndiririk.Biz nüvə tərksilahı və nüvə silahının yayılmaması məsələlərinə müraciət etmək üçün Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının səylərini təqdir edirik".
E.Məmmədyarov qeyd edib ki, nüvə silahlarının yayılmamasına dair Müqavilədə əks olunan nüvəsiz dünya baxışına sadiq olaraq, Azərbaycan bu xüsusda olan beynəlxalq səyləri fəal şəkildə dəstəkləyir: "Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə öz töhfəsini verir. Belə ki, bu razılaşmanın əhatə dairəsi çərçivəsində materialların ərazisi boyunca tranzitinə imkanlar yaradır".


Tehsil-press.az

Oxşar xəbərlər