İtaliyada daşqında ölənlərin sayı 8-ə çatıb

İtaliyada daşqında ölənlərin sayı 8-ə çatıb İtaliyanın Toskana regionunda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 8 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Regionun rəhbəri Eucenio Ciani İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni ilə telefon danışığında bölgədəki son vəziyyət barədə məlumat verdiyini bildirib.
Mülki müdafiə qrupları tərəfindən 1500-dək əməliyyat keçirilib, çətin vəziyyətdə olan 140-dan çox insan xilas edilib. Xilasetmə əməliyyatlarına 617 yanğınsöndürən və 143 maşın cəlb olunub. İtaliya Müdafiə Nazirliyi seldən zərər çəkmiş bölgələrə kömək üçün ordu birliklərinə göstəriş verildiyini açıqlayıb.
Təxminən yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, 48 min nəfərin elektrik enerjisi ilə təminatı dayanıb. Əlverişsiz hava şəraiti səbəbindən Sardiniya adasına bərə səfərləri dayandırılıb.
Bölgədə fövqəladə vəziyyət elan edilib. Fəsadların aradan qaldırılması üçün ilkin olaraq 5 milyon avro ayrılıb.
Mütəxəssislər ölkənin şimal regionlarına son 50 il ərzində bu qədər yağıntının düşmədiyini bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər