İtaliyada fövqəladə vəziyyət elan ediləcək

İtaliyada fövqəladə vəziyyət elan ediləcək İtaliyada zəlzələ baş verdiyi bölgədə fövqəladə vəziyyət rejimi tədbiq ediləcək. Bu barədə elan bu gün axşam İtaliyanın Nazirlər Şürası tərəfindən keçiriləcək iclasdan sonra veriləcək.

Tehsil-press.az məlumat verir ki, bu barədə İtaliyanın "Repubblica" qəzeti yazır. İclasda həmçinin təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına və zərər çəkənlərə yardım məqsədi ilə 50 milyon avro ayrılması haqqında qərar verilməsi gözlənilir.
Son məlumatlara görə, avqustun 24-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 247 nəfərə çatıb. 6,1 bal gücündə zəlzələnin episentri L'Akuila şəhərindən 48 km şimalda olub. Ciddi dağıntılar qeydə alınıb.


Tehsil-press.az

Oxşar xəbərlər