Ermənistan son hərbi əməliyyatlarda həlak olanların cəsədlərinin dəyişdirildiyi üç gün ərzində 21 hərbçinin meyitini alıb.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Qarabağ separatçılarının nümayəndəsi David Babayan deyib. “On doqquz meyit bizə bu gün-aprelin 10-da, ikisi isə ondan əvvəl verilib. Yəni biz Azərbaycan tərəfindən faktiki olaraq 21 nəfər hərbçinin meyitini almışıq. Biz isə onlara hardasa 13 nəfərin meyitini vermişik”, - deyə o bildirib. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təmas xəttində, Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı həlak olanların meyitlərinin öz tərəflərinə təhvil verilməsinə yardımçı olub.
BQXK-nın Azərbaycan nümayəndəliyindən virtualaz.org-a verilən məlumatda bildirilir ki, BQXK-nın dəstək verdiyi 8 və 9 aprel tarixlərində keçirilmiş əvvəlki əməliyyatlar nəticəsində tərəflər, meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirib. Əməliyyatlar tərəflərin razılaşması və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin Şəxsi Nümayəndəsi ilə koordinasiya olunmaqla həyata keçirilib. “Bizim əsas prioritetimiz itkin əzizlərinin taleyindən hələ də xəbərsiz qalan ailələrə köməkdir. Tərəflər üçün də ailələrə cavab vermək üçün meyitlərin qaytarılması vacib idi”, - deyə BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial bildirib. BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda fəaliyyət göstərir. Münaqişənin 2 aprel tarixində başlayan gərginləşməsindən sonra BQXK humanitar ehtiyacları qarşılamaq üçün tərəflər arasında neytral vasitəçi olmaq xidmətlərini təklif edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı Aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri 2016-cı il 10 aprel tarixində qoşunların təmas xəttində qaytarılıb.
Virtualaz.org bildirir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub. Müvafiq prosedurlar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
tehsil-press.az