Qırmızı Xaç Komitəsindən Qarabağdakı əməliyyatla bağlı - Açıqlama

Qırmızı Xaç Komitəsindən Qarabağdakı əməliyyatla bağlı - Açıqlama Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova dünən döyüş meydanında meyitlərin götürülməsi ilə bağlı həyata keçirilən əməliyyata dair açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, İ. Hüseynovanın lent.az-a verdiyi məlumata görə, BQXK-nın neytral vasitəçiliyi ilə dünən münaqişə tərəfləri döyüş meydanında qalmış insan meyitlərinin tapılması və yığılması ilə bağlı əməliyyat keçirib.
Əməliyyat münaqişə tərəflərinin razılığı və müraciəti əsasında olub. O ki, qaldı, döyüş meydanından neçə meyitin götürülməsinə, İ. Hüseynova bildirib ki, bu barədə BQXK məlumat verə bilməz: "Çünki biz yalnız neytral vasitəçiyik. Əməliyyatı keçirən tərəf biz deyilik".
Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib. ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib.

tehsil-press.az

Oxşar xəbərlər