Hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması üzrə növbəti əməliyyat keçiriləcək

Hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması üzrə növbəti əməliyyat keçiriləcək Aprel ayının 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək. Bu barədə Tehsil-press.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

tehsil-press.az

Oxşar xəbərlər