UNİCEF-in rəhbəri Qəzza zolağına gedərkən qəzaya düşüb

UNİCEF-in rəhbəri Qəzza zolağına gedərkən qəzaya düşüb UNICEF-in icraçı direktoru Ketrin Rassel Misirdən Qəzza zolağına gedərkən avtomobil qəzasına düşüb.
“Biz hesab edirik ki, Rafah yolunda avtomobil böyük çuxura dəyib və ya ondan yayınmağa çalışıb, bu da avtomobilin dərin xəndəyə sürüşərək yan üstə yuvarlanmasına səbəb olub”, - UNICEF nümayəndəsi bildirib.
O əlavə edib ki, Rassel əhəmiyyətli dərəcədə qançırlar alıb və ağrıları var, lakin onun ümumi vəziyyəti yaxşıdır.
Kuperin sözlərinə görə, UNICEF rəhbəri Qəzza zolağına səfərini davam etdirib, lakin sonradan həkimlər onun əlavə tibbi yardıma ehtiyacı olduğuna qərar veriblər.
Nəticədə Rassel girovluqda olan uşaqların ailələri ilə görüşməyi planlaşdırdığı İsrailə iş səfərini təxirə salmalı olub.

Tehsil-press.az



Oxşar xəbərlər