Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirir.
Lənkəran şəhərində ictimaiyyət nümayəndələrinin, o cümlədən şəhid ailələri və qazilərin, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə keçirilən tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülərək tarixi şəxsiyyətin ruhuna ehtiram ifadə olunub.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini, ədliyyə general-mayoru Fuad Məmmədov və Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və digərləri xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Tədbirdə, həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanmaqla, həmin dövrlərdə Baş Prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi və aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları bölüşülüb.
Tədbirdən sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar edilib, onları maraqlandıran suallar cavablandırılıb, həmçinin şəhid ailələri və qazilərlə fikir mübadiləsi aparılıb.
Tehsil-press.az