Ulu Öndərin Vətən və xalq qarşısında tarixi xidmətləri misilsizdir

Ulu Öndərin Vətən və xalq qarşısında tarixi xidmətləri misilsizdir Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib.
Filialın müəllim və tələbələri rayondakı Heydər Əliyev parkına gələrək Ulu Öndərin burada ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbir BDU-nun Qazax filialında davam etdirilib.
Əvvəlcə iştirakçılar Ulu Öndərin filialdakı büstü önünə gül dəstələri düzüblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ulu Öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Universitetin Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb.
Digər çıxış edənlər də Ümummilli Liderin elm və təhsilə göstərdiyi böyük diqqət və qayğıdan söz açıblar.

BDU-nun Mətbuat Xidməti


Ulu Öndərin Vətən və xalq qarşısında tarixi xidmətləri misilsizdir

Oxşar xəbərlər