BMT: Makedoniya sərhədində miqrantlara qarşı zorakılıq narahatlıq doğurur

BMT: Makedoniya sərhədində miqrantlara qarşı zorakılıq narahatlıq doğurur BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yunanıstanla Makedoniya sərhədində miqrantlara qarşı qeydə alınan zorakılıqla bağlı dərin narahatlığını bildirib. Tehsil-press.aa TASS-a istinadən bildirir ki, bu barədə Komissarlığın rəsmi nümayəndəsi Adrian Evards bildirib.

O deyib ki, bazar günü sərhəddə miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə böyük narahatlıq hissi doğurur: "Son aylarda Avropanın müxtəlif sərhədlərində təhlükəsizlik qüvvələri ilə müharibədən qaçan və köməyə ehtiyacı olan insanlar arasında gərginliyi görürük. İnsanlara əziyyət verirlər, əmlaklarına ziyan vururlur. Bütün bunlar Avropanın imicinin də ziyanınadır". Qeyd edək ki, ötən gün Makedoniya polisi qonşu Yunanıstandan ölkə ərazisinə qeyri-qanuni keçməyə cəhd edən bəzi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

tehsil-press.az