Məşhur rusiyalı cərrah: 80 yaşında plastik əməliyyat etdirmək olar

Məşhur rusiyalı cərrah: 80 yaşında plastik əməliyyat etdirmək olar Rusiyalı məşhur cərrah İqor Belıy plastik cərrahiyyə üçün ideal yaşla bağlı mifləri alt-üst edib.
Tanınmış həkim hətta 80 yaşında da plastik əməliyyat etdirməyin mümkün olduğunu deyib.
“İlk cərrahiyyə əməliyyatını etdirmək üçün konkret yaş məhdudiyyəti yoxdur”, – deyə o plastik müdaxilənin edilməsi üçün ideal yaşla bağlı mifləri “Veçernaya Moskva” ilə söhbətində alt-üst edib.
Onun sözlərinə görə, xarici görünüşün cərrahi yolla korreksiyası üçün yalnız fərdi göstərişlər mövcuddur ki, onlar da həmin fərdin həyat tərzi, genetikası, çəkisinin sabitliyi və bu kimi digər çoxsaylı amillərdən asılıdır.
“Əgər istək varsa, ilk əməliyyatı 60, 70, hətta 80 yaşında etdirmək mümkündür. Heç bir məhdudiyyət və çərçivə yoxdur, əsas şərt istəyin olması və əməliyyat üçün əks göstəricilərin meydana çıxmamasıdır” – cərrah deyib.
Həkim onu da vurğulayıb ki, bu zaman hər yaş dövrü üçün ayrıca xüsusi cərrahiyyə müdaxilələri istənilir. Məsələn, yaşı 40-dan artıq olanlar əsasən çek-liftinq (üzün mərkəzi hissəsinin və alt göz qapaqlarının gəncləşdirilməsi) və top-liftinqlə (alın və qaşların dartılması) bağlı müraciət edirlər. Əlli yaşından sonra isə pasiyentlər cərrahdan üzün dairəvi dartılması prosedurunu xahiş edirlər.
“Bu prosedur zamanı bir əməliyyat vasitəsilə bir neçə problemi – üz sallanmalarını, üzün oval hissəsinin düşməsini və s. yoluna qoymaq mümkündür” – deyə o əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər