Dəlil kimi gətirilən qumbara məhkəmədə partladıPartlayışdan sonra məhkəmə salonunda qorxu yaşanıb və proses bir gün təxirə salınıb.
Pakistanda qeyri-adi, tragikomik hadisə baş verib. ANS PRESS-in məlumata görə, dəlil kimi məhkəmə iclasına aparılan əl qumbarası proses vaxtı partlayıb. Qəribə hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə terror şübhəlisi kimi mühakimə edilən şəxsin məhkəməsində baş verib. Şübhəli şəxsin evindən aşkarlanan və dəlil kimi məhkəməyə aparılan digər silahlarla yanaşı əl qumbarası da prosesə aparılıb.
Baş vermiş partlayışdan sonra məhkəmə salonunda qorxu yaşanıb və proses bir gün təxirə salınıb. Hadisədən sonra məhkəmə salonuna cəlb edilən bomba mütəxəssisiləri baş verə biləcək növbəti partlayışların qarşısını alıblar.
tehsil-press.az