Mehman Səlimova 10 il həbs cəzası verilə bilər

Mehman Səlimova 10 il həbs cəzası verilə bilər Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Tehsil-press.az saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi məlumata görə, Mehman Səlimovun vəkili yazılı şəkildə vəsatət verərək, məhkəmə tərkibinə etirazını bildirib: "Məhkəmədə yalnız ittiham tərəfin sübutları araşdırılıb, müdafiə tərəfinin sübutları araşdırılmayıb. Buna görə də, məhkəmə tərkibinə etiraz edirik".
Məhkəmə etirazı baxılmamış saxlayıb. Bildirilir ki, məhkəmə istintaqı yekunlaşıb. Cıxış ücün söz dövlət ittihamcısına verilib. Dövlət ittihamçısı cıxış edərək, M.Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iclası aprelin 15-nə kimi təxirə salınıb.
Qeyd edək ki, 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

tehsil-press.az