Bayden ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib

Bayden ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib ABŞ Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.
Amerika prezidentinin sözlərinə görə, ABŞ Konqresi Kiyevi dəstəkləmək üçün əlavə maliyyə ayrılması barədə razılığa gəlməlidir.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan etmişdi ki, Birləşmiş Ştatlar Konqresin mövqeyi fonunda Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı heç bir təminat verə bilməz.

Tehsil-press.az



Oxşar xəbərlər