Finlandiya Rusiya ilə sərhəddə 2 məntəqənin fəaliyyətini bərpa etdi

Finlandiya Rusiya ilə sərhəddə 2 məntəqənin fəaliyyətini bərpa etdi Finlandiya dekabrın 14-nə keçən gecə Rusiya ilə sərhəddə “Vaalimaa” və “Niirala” nəzarət-buraxılış məntəqələrinin işini 1 aylıq bərpa edib.
Ümumilikdə Finlandiya-Rusiya sərhədində 8 nəzarət-buraxılış məntəqəsi var. Bildirilir ki, digər 6 məntəqə 2024-cü il yanvarın 14-nə qədər bağlı qalacaq.
Xatırladaq ki, Finlandiya rəhbərliyi Rusiya ilə demək olar ki, bütün nəzarət-buraxılış məntəqələrini dekabrın 23-nə qədər bağlamaq barədə qərar vermişdi. Bu müddətin uzadılacağı istisna edilmirdi. Ölkənin bu qərarı qanunsuz miqrant axını ilə əlaqələndirilir.

Tehsil-press.az



Oxşar xəbərlər