Dünya ulduzları Bakıdakı Qran-Pridə

Dünya ulduzları Bakıdakı Qran-Pridə Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-Prisində dünya ulduzları oxuyacaqlar.

Tehsil-press.az xəbər verir ki, Formula 1-in Bakı nümayəndəliyinin yaydığı məlumata görə, Kris Braun, Enrike İqlesias və Farel Vilyams 2016-cı il Formula 1 Avropa Qran-Prisinin konsert proqramında çıxış etmək üçün Bakıya gələcəklər. 
İyunun 17-si cümə günündən başlayaraq, dünya musiqisinin üç məşhur ulduzu Formula 1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcək. Qeyd edək ki, konsertlərə giriş ödənişsizdir və bu proqramda ancaq Avropa Qran-Prisinə bilet alanlar iştirak edə biləcəklər. 

tehsil-press.az

Oxşar xəbərlər