BŞTİ: Elektron sistem vasitəsilə 47 min 854 şagird məktəbini dəyişib

BŞTİ: Elektron sistem vasitəsilə 47 min 854 şagird məktəbini dəyişib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2023-cü ildə 47 min 854 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Tehsil-press.az


Oxşar xəbərlər