Tədbirin əsas məqsədi gənclərin şəhərsalma və ekoloji problemlərin həlli istiqamətində yanaşmalarını nümayiş etdirmək olub.
Simulyasiyada dünyanın müxtəlif ölkələrini (Azərbaycan, ABŞ, Türkiyə, Danimarka, Fransa, Norveç, İtaliya, Almaniya, Çin, Portuqaliya, Birləşmiş Krallıq, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Niderland, Hindistan, Kanada, İsveçrə və İndoneziya) təmsil edən tələbələr iştirak ediblər. Hər bir iştirakçı təmsil etdiyi ölkənin ekoloji problemlərini təhlil edərək, bu problemlərin həlli üçün hazırladıqları şəhərsalma modellərini və layihələri təqdim edib.
Simulyasiya zamanı iştirakçılar qlobal ətraf mühit və şəhərsalma problemləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Davamlı şəhər inkişafı, təbii resursların qorunması, təmiz enerji istifadəsi və ekoloji cəhətdən dayanıqlı şəhər infrastrukturlarının qurulması kimi mövzularda müxtəlif yanaşmalar səsləndirilib.
Tehsil-press.az




.jpg)





