Qəzzada gedən döyüşlərdə daha üç İsrail əsgəri həlak olub

Qəzzada gedən döyüşlərdə daha üç İsrail əsgəri həlak olub İsrail ordusu Qəzza sektorunda HƏMAS hərəkatı ilə döyüşlərdə daha üç əsgərini itirib.
Çavuş Lavi Qazi, həmçinin leytenantlar Omri Şvarts və Yakov Elian Qəzza sektorunun şimalında keçirilən əməliyyat zamanı öldürülüb. Döyüşlərdə daha yeddi əsgər ağır yaralanıb.
Nazirliyin məlumatına görə, Qəzza sektorunda başlayan əməliyyatların gedişində İsrail ordusunun azı 137 hərbçisi həlak olub. Beləliklə, münaqişənin şiddətlənməsindən bəri ölən israilli əsgərlərin sayı ümumilikdə 469 nəfərə çatıb.

Tehsil-press.az




Oxşar xəbərlər