Qəzzada ölənlərin sayı 4500-ü keçdi

Qəzzada ölənlərin sayı 4500-ü keçdi Oktyabrın 7-dən bu günə qədər Qəzzada dünyasını dəyişənlərin sayı 4651 nəfərə çatıb.
Ölənlərdən 1873-nün uşaq olduğu qeyd edilib.
Yaralıların sayının isə 14245-ə çatdığı bildirilib.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Tehsil-press.az



Oxşar xəbərlər