Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2023-cü il üzrə sonuncu iclası keçirilib.
İclasda rektor Vilayət Vəliyev qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb. Növbəti ildə də elm və təhsilin inkişafı istiqamətində komanda olaraq çalışmağı və nailiyyətlər əldə etməyi arzulayıb.
Daha sonra qış imtahan sessiyasının səmərəliliyinin artırılması ilə bağlı müzakirələr aparılıb.
İclasda akademik heyətin maaşının orta hesabla 20 faiz artırılması, əlavə təhsil, qısa-orta müddətli sertifikasiya proqramları, eləcə də sənaye tələbi əsasında formalaşan təhsil və təlimlərin aparılması məqsədilə AzTU-da Ömürboyu Öyrənmə Məktəbinin yaradılması barədə qərar qəbul olunub.
Tehsil-press.az