Texniki Universitetdə növbəti semestrdə müəllimlərin fəaliyyəti ilə bağlı qiymətləndirmə aparılacaq

Texniki Universitetdə növbəti semestrdə müəllimlərin fəaliyyəti ilə bağlı qiymətləndirmə aparılacaq Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.
İclasda 2021/2022-ci tədris ilinin qış imtahan sessiyasının cari vəziyyəti və yaz semestrinə hazırlıqla bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, növbəti semestrdə müəllimlərin fəaliyyəti ilə bağlı qiymətləndirmə aparılacaq. Bu da tədrisin keyfiyyətinin yüksəlməsinə müsbət təsirini göstərəcək.
Sonra AzTU-da yeni yaradılan Kitabxana-İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva mərkəzin əsasnaməsi ilə bağlı təqdimatla çıxış edib. Daha sonra Kitabxana-İnformasiya Mərkəzinin əsasnaməsi müzakirə olunaraq qəbul edilib.
İclasda bir sıra cari məsələlərə də baxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər