AzTU-da təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb

AzTU-da təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.
Iclasda 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri barədə hesabat təqdim olunub. Həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb.
Bundan başqa, 2022-ci ildə AzTU-nun elmi-tədqiqat və innovasiya fəaliyyəti haqqında da hesabat verilib. Bildirilib ki, ötən il aparılan tədqiqat işlərinin nəticələrinə uyğun professor-müəllim heyəti üçün diferensial əməkhaqqı sisteminin tətbiqi ilə bağlı təqdim edilən məlumatlar təsdiqlənib. Belə ki, professor-müəllim heyəti arasından 64 nəfərin əməkhaqqına bu il ərzində əlavələrin edilməsi, həmçinin 85 əməkdaşın beynəlxalq bazalara daxil olan elmi nəşrlərdə dərc olunan məqalələrə görə mükafatlandırılması təsdiq edilib.
Müzakirələrdən sonra əməkdaşların layihə əsaslı tədqiqat və nəşr işinin gücləndirilməsi, həmçinin sənaye əhəmiyyətli tədqiqatların aparılmasına diqqətin artırılması barədə qərar qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər