Agentlik: Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Agentlik: Şagird yerdəyişməsi müvəqqəti dayandırılır Yanvarın 10-u saat 17:00-dan etibarən 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi yanvarın 10-dan tədris ilinin sonunadək aktiv edilməyəcək.
Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər