“Marvel Studios” 2024-cü ildə böyük ekrana yalnız “Dedpul 3” filmini buraxacaq

“Marvel Studios” 2024-cü ildə böyük ekrana yalnız “Dedpul 3” filmini buraxacaq “Dedpul 3” bu il “Marvel” studiyasının buraxacağı yeganə film olacaq. Tarixi Hollivud etiraz nümayişləri başa çatsa da, onların şirkətə təsiri, göründüyü kimi, hələ də davam etməkdədir.
Kinostudiyanın 2024-cü ildə yeganə relizi baş rolda Rayan Reynoldsun çəkildiyi və böyük ekranda iyulun 26-da göstəriləcək “Dedpul 3” filmi olacaq.
2008-ci ildə “Dəmir adam” filminin debütündən sonra komiks həvəskarları super qəhrəmanları məşhurlaşdıran studiyanın hər il bir neçə yeni film istehsal etməsinə öyrəşiblər. Məsələn, 2018-ci ildə “Marvel” üç, 2019-cu ildə isə daha üç film buraxıb. 2020-ci ildə studiyanın filmləri ekranlara çıxmayıb, çünki COVID-19 pandemiyasına görə bütün dünyada kinoteatrlar bağlı qalmalı olub. Lakin 2021-ci ildə super qəhrəmanların “dünyasında” dörd yeni – “Bəxtsiz dul qadın”, “Şanq-Çi və on üzük haqqında əfsanə”, “Əbədilər” və “Hörümçək-adam: geriyə yol yoxdur” filmləri peyda olub. 2022 və 2023-cü illərdə yenə müvafiq olaraq, üç film istehsal edilib. Studiyanın ənənəvi qrafiki Hollivudda baş verən nümayişlər nəticəsində pozulub.
İlkin olaraq, 2024-cü ildə daha iki filmin buraxılması planlaşdırılsa da, onlar nümayişlər səbəbindən təxirə salınıb. Entoni Makinin məşhur kapitan qalxanını əldə edəcəyi “Kapitan Amerika: bu gözəl yeni dünya” filmi 2025-ci ilin fevralına təxirə salınıb. Antiqəhrəmanların bir araya gəldiyi “Tanderboltlar” ekran əsəri isə gələn ilin iyulunda buraxılacaq.
“Dedpul 3” filmi “Marvel” studiyası qəhrəmanlarını görə bilmək üçün yeganə şans kimi görünsə də, şirkət “Disney +” striminq xidmətində bir neçə yeni şou yayımlayacağını da elan edib.
Onların arasında Alakva Koks personajından bəhs edən yeni “Əks-səda” serialı da var. Debütün yanvarın 9-da baş tutacağı gözlənilir.
Həmçinin, “Aqata: Darkholdun gündəlikləri” serialının bu ilin sonunadək efirə çıxacağı ehtimal olunur. Ketrin Xanın bu serialda da öz “Vandanın öncəgörmələri” adlı məşhur serialdakı cadugər qadın obrazına davam edəcəyi bildirilir.

Tehsil-press.az




Oxşar xəbərlər