2023-cü ildə dünyada ərzaq qiymətləri 13,7 faiz, dekabr ayında isə illik ifadədə 10,1 faiz ucuzlaşıb.
Dekabrda taxılın qiymət indeksi noyabr ayı ilə müqayisədə 16,6 faiz yüksək olsa da, əvvəlki illə müqayisədə aşağı düşüb. 2023-cü ilin sonunda hava şəraiti və Qara dəniz regionunda gərginlik səbəbindən bir sıra əsas ixracatçı ölkələrin logistik sistemlərində yaranan problemlər, həmçinin güclü tələbat fonunda buğdanın ixrac qiymətlərində artım qeydə alınıb.
Həmçinin dekabrda bitki yağı 1,4 faiz (illik ifadədə 32,7 faiz), ət isə 1 faiz (illik ifadədə 1,8 faiz) ucuzlaşıb. İlin sonunda şəkərin qiyməti 16,6 faiz azalsa da, illik ifadədə artım 14,9 faiz olub. Eyni zamanda, süd məhsullarının qiymətində 1,6 faizlik artım, illik ifadədə isə 16,1 faizlik azalma baş verib.
Tehsil-press.az