İsraildə illik inflyasiya son 20 ilin maksimumuna çatıb

İsraildə illik inflyasiya son 20 ilin maksimumuna çatıb 2022-ci ilin yekunlarına əsasən İsraildə inflyasiya son 20 ildə maksimuma çatıb.
İsrail Mərkəzi Statistika Bürosunun verdiyi məlumata əsasən, ötən ilin sonunda - oktyabrdan dekabradək istehlak qiymətləri indeksi 0,3 faiz artıb. Statistik məlumatlarda qeyd olunub ki, 2022-ci ilin sonunda illik inflyasiya 5,3 faiz təşkil edib.
"Yedioth Ahronoth" qəzeti qeyd edib ki, bu, 2002-ci ildən bəri ən yüksək göstəricidir. O zaman illik inflyasiya 6,3 faiz təşkil edib və o vaxtdan bəri heç vaxt 3,9 faizlik həddi keçməyib.

Tehsil-press.az

Oxşar xəbərlər