Sentyabrda İtaliyada inflyasiya göstəricisi artmaqda davam edib

Sentyabrda İtaliyada inflyasiya göstəricisi artmaqda davam edib İtaliyada illik inflyasiya göstəricisi ərzaq qiymətlərindəki artımlar fonunda sentyabr ayında 8,9 faizə yüksəlib.
Bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilib ki, sentyabrda ölkədə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 0,3 faiz artıb.
ISTAT-a görə, sentyabrda inflyasiyanın hərəkətverici qüvvəsi təkcə enerji resurslarındakı deyil, ərzaq qiymətlərindəki artım olub.
Ərzaq və məişət əşyaları kimi gündəlik tələbat mallarının istehlak səbəti isə sentyabrda illik müqayisədə 11,5 faiz artaraq 1983-cü ilin iyulundan bəri ən yüksək artımı nümayiş etdirib.
Qeyd edək ki, İtaliya hökuməti cari ildə inflyasiya səviyyəsinin orta hesabla 6,6 faiz, 2023-cü ildə isə 4,5 faiz olacağını proqnozlaşdırır.

Tehsil-press.az


Oxşar xəbərlər