Cənubi Qafqazda Şərq və Qərbin maraqları toqquşur. Trend-in məlumatına görə, bu barədə Andre Vidmerin İsveçrənin "Nordwestschweiz" qəzetində dərc olunmuş məqaləsində qeyd olunur.
Məqalədə deyilir ki, Ermənistan və Azərbaycan silahlı qüvvələri arasındakı müharibə həqiqətən də təəccüblüdür: "20 ildən bəri münaqişə tərəfləri arasındakı toqquşmalar təəssüflər olsun ki, gündəlik həyatın bir parçası oldu. 1994-cü ildə atəşkəsə dair tərəflər arasında imzalanmış razılaşmadan etibarən bu belədir. Bu münaqişədə əsas problemlərdən biri də budur: yalnız atəşkəs barədə razılaşma var, sülh müqaviləsi isə mövcud deyil. Münaqişə bölgəsində yaranan və xeyli sayda ölüm və xəsarət halları ilə müşahidə olunan yeni vəziyyət davamlı sülh müqaviləsinin zəruriliyini ortaya qoydu".
Qeyd olunur ki, münaqişənin uzun tarixi var: "Sovet İttifaqının dağılması ilə Dağlıq Qarabağ münaqişəsi alovlandı. Münaqişənin bir tərəfində Dağlıq Qarabağ separatçıları, erməni hərbi birləşmələri və Rusiya hərbi birliklərinin dəstəyi, digər tərəfdə isə Azərbaycan Respublikası vardı. Atəşkəs razılaşması imzalanana qədər 30 min nəfərə yaxın insan həyatını itirdi, yüz minlərlə insan isə məcburi köçkün vəziyyətinə düşdü. Ermənistan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal etdi. Bu, Azərbaycan torpaqlarının 20 faizi, İsveçrə ərazisinin isə ¼ hissəsindən artıqdır. Erməni işğalına son qoyulması ilə bağlı BMT qətnamələrinə baxmayaraq, vəziyyət hələ də dəyişməyib".
Müəllif bildirir ki, xristian Ermənistan və müsəlman Azərbaycan arasındakı münaqişə dini deyil, etnik-milli təməllərə dayanan münaqişədir: "Regionda supergüclər olan Rusiya, İran və Türkiyənin maraqları toqquşur. Rusiya Ermənistanı qoruyan əsas gücdür və Türkiyə sərhədi yaxınlığında hərbi baza yerləşdirib. Bununla Rusiya Cənubi Qafqaza təsir göstərmək istəyir. Türkiyə və Azərbaycan qardaş millətlərdir və dilləri olduqca yaxındır. Azərbaycanın nefti və qazı Türkiyə limanlarına ötürülür. İranın Ermənistanla yüksək səviyyədə iqtisadi münasibətləri mövcuddur və bu ölkəni enerji və yanacaqla təchiz edir. Regionda yaranan yeni vəziyyətdə də İran hərbi qarşıdurmaya son qoymağa çağırdı və hər hansı bir ölkənin tərəfini tutmaqdan yayındı. Bu, hər şeyi aydın göstərir: bölgədə iri güclərin maraqları toqquşur".
A.Vidmer yazır ki, beynəlxalq ictimaiyyət də münaqişənin həll olunmamasına səbəbkardır: "Çünki beynəlxalq ictimaiyyət buna heç maraq göstərməmiş, tərəflərə siyasi və iqtisadi təzyiq göstərməyə cəhd etməmişdir. Erməni diasporu Fransa və ABŞ kimi ölkələrdə çox güclüdür. Azərbaycana gəldikdə isə Qərb ölkələri ilə yüksək səviyyədə iqtisadi-ticarət əlaqələri mövcuddur. Çünki ölkə neft və qaz ehtiyatları ilə zəngindir. ATƏT-in cəhdləri isə Ukraynada olduğu kimi çox təsirsizdir. Rusiya burada, həmçinin "utandırıcı rol"a sahibdir. Baxmayaraq ki, Ermənistanı qoruyur, eyni zamanda Azərbaycana silah satır. Rusiya keçmişdə münaqişəni həll etmək gücünə sahib idi, lakin münaqişəni qaynar vəziyyətdə saxlamağı seçdi. RF bir çox səbəblərdən münaqişənin bu həddə çatmasına icazə verməməliydi".
tehsil-press.az