“Mənim Dağlıq Qarabağda hadisələrin necə inkişaf etməsi və ən əsası nəyi etməyin vacibliyi barədə artıq öz təsəvvürlərim var”. Tehsil-press.az-n APA-ya istinadən məlumatına görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev “Rossiya” kanalına müsahibəsində deyib.
Baş nazir bildirib ki, baş vermiş hadisələrlə bağlı hər iki ölkəyə səfər edərək ölkə rəhbərlikləri ilə müzakirələr aparıb: “Bizim Azərbaycanla və Ermənistanla əsrlərlə mövcud olan əlaqələrimiz var. Müəyyən müddətdə ümumi dövlətçilik tariximiz də olub. Bizim tərəfdaşlıq əlaqələrimiz mövcuddur. Biz yanaşı yaşayırıq. Hər iki ölkədən xeyli insan Rusiyada işləyir. Yəni bizim əlaqələrimiz o qədər çoxtərəflidir ki, belə hadisələrin baş verdiyi zaman həmkarlarımız kömək, dəstək və Rusiyanın göstərdiyi vasitəçilik xidmətləri üçün bizə müraciət edir”.
D. Medvedev bildirib ki, hər kəs münaqişənin həllini, vəziyyətin dəyişməsini istəyir: “Burada da bir çox siyasətçilər haqlı olaraq gələcək nəsillər qarşısında öz məsuliyyətlərini anlayırlar. Yəni ki, gələcək nəslə dondurulmuş deyil, həll olunmuş münaqişə ötürmək lazımdır. Problem odur ki, münaqişənin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq. Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin”.
tehsil-press.az