“Rusiya ən müxtəlif formada və operativ şəkildə Dağlıq Qarabağda atəşkəsin elan edilməsi ilə bağlı səylər göstərib. Rəsmi Moskva münaqişənin həll olunması üçün köməyini davam etdirəcək”. ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Moskvanın münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ilk günlərdən böyük səy göstərdiyini də bildirib.
Kreml rəsmisi bildirib ki, əldə edilən atəşkəslə kifayətlənmək olmaz. “Sözsüz ki, vəziyyət dayanıqlı olmaqdan uzaqdır. Ona görə də əldə edilənlərlə kifayətlənmək sadəcə, mümkünsüzdür və kimsə belə etməyə hazırlaşmır”
Peskov qeyd edib ki, Rusiya Minsk qrupunun həmsədridir və lap əvvəldən münaqişənin sülh yolu ilə nizamlanması üçün səylər göstərib. Onun sözlərinə görə, hərbi əməliyyatların başlanmasına qədər münaqişənin tənzimlənməsi istiqamətində müsbət addımlar atılmışdı. "Hazırda isə təəssüf ki, geriyə doğru inkişaf baş verib və yenidən səyləri bərpa etməyə başlamaq lazımdır”.
Dmitri Peskov - Kreml sözçüsü
Cəbhə xəttində vəziyyət aprelin 2-də gərginləşib. Rusiya da silahlı toqquşmaların dayandırılması barədə tərəflərə çağırış edib. Azərbaycan Rusiyanın və beynəlxalq qurumların təkidli müraciətlərindən sonra aprelin 3-də işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb. Amma Ermənistan tərəfi atəşkəsi pozmaqda davam edib.
Daha sonra aprelin 5-də Moskvada iki ölkə baş qərargah rəislərinin görüşləri olub. Görüş zamanı Moskvanın təşəbbüşü ilə atəşkəs razılaşması əldə olunub. Amma atəşkəs əldə olunana kimi həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
tehsil-press.az