BDU tələbəsi yüngül atletika üzrə respublika çempionu olub

BDU tələbəsi yüngül atletika üzrə respublika çempionu olub Bakı Dövlət Universitetinin (BDU) tələbəsi yüngül atletika üzrə respublika çempionu olub.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə yanvarın 26-da və 27-də atletika üzrə 40-cı qış ölkə çempionatı keçirilib. Sosial elmlər və psixologiya fakültəsinin I kurs tələbəsi, atletika üzrə milli yığma komandanın üzvü Səkinə Hacızadə nüvə itələmə yarışı üzrə 8 rəqibini üstələyib və fəxri kürsünün birinci pilləsinə yüksəlib.

Tehsil-press.az



Oxşar xəbərlər