BDU-da “Qalibiyyətə doğru qabiliyyətlə” adlı yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib

BDU-da “Qalibiyyətə doğru qabiliyyətlə” adlı yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib Bakı Dövlət Universiteti (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin keçirdiyi “Qalibiyyətə doğru qabiliyyətlə” adlı onlayn yaradıcılıq müsabiqəsinin nəticələri elan olunub.
Müsabiqə Komissiyasının qərarına əsasən, instrumental ifaçılıq (simli alətlər-skripka) nominasiyası üzrə birinci yerə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi Cəmil Bağırov; instrumental ifaçılıq (xalq çalğı alətləri) nominasiyası üzrə birinci yerə Tarix fakültəsinin 3-cü kurs tələbəsi Səbinə Cəlilova; vokal ifa (estrada) nominasiya üzrə birinci yerə Filologiya fakültəsinin 2-ci kurs tələbəsi Səbinə Aslanova layiq görülüblər.
Həmçinin aktyorluq nominasiyası üzrə birinci yerdə Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Rəhilə Həmidova, bədii qiraət nominasiyası üzrə birinci yerdə Hüquq fakültəsinin 1-ci kurs tələbəsi Türkan Kərimova, əl işləri (toxuma, tikmə) nominasiyası üzrə birinci yerdə Kimya fakültəsinin 1-ci kurs tələbəsi Mahtəb Abasova, rəsm nominasiyası üzrə birinci yerdə Sosial elmlər və psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Xəyalə Manafova qərarlaşıb.
Qaliblər pul mükafatı və diplomla təltif ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər