ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub Ukraynanın Odessa şəhərində karatenin Goju-Ryu növü üzrə dünya çempionatı keçirilib.
Yarışda Azərbaycan yığma komandasının tərkibində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) informasiya texnologiyaları və idarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Ayxan Məişzadə də iştirak edib.
52+ kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Məişzadə bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
Otuz nəfərə yaxın idmançımızın iştirak etdiyi turnirdə ümumilikdə 8 qızıl, 5 gümüş, 7 bürünc medal qazanılıb.
Qeyd edək ki, 5 yaşından karate ilə məşğul olan Ayxan Məişzadə indiyədək bir çox respublika və beynəlxalq səviyyəli turnirlərdə uğurla çıxış edib.

ADNSU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər