Ukrayna Rusiyadan bunu istədi

Ukrayna Rusiyadan bunu istədi Ukrayna Rusiyadan Belqorodda Rusiyaya məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ukraynalı hərbi əsirlərin cəsədlərinin təhvil verilməsini istəyib.
Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.
Onun sözlərinə görə, Moskva hələ də Kiyevin müraciətlərinə cavab verməyib.
Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin mübadilə üçün göndərilən 65 əsgəri, 3 müşayiətçi və 6 ekipaj üzvü olub. Onların hamısı hadisə nəticəsində həlak olub.

Tehsil-press.az



Oxşar xəbərlər