Ukraynada vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB

Ukraynada vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB 20:27
Təhsil-press.az bildirir ki, Ukraynada "Mi-2" vertolyotunun qəzaya uğraması nəticəsində 3-ü ekipaj üzvü, 2-si sərnişin olmaqla 5 nəfər ölüb.
19:20
Ukrayna Silahlı Qüvvələrinin "Mi-2" hərbi vertolyotu Kramatorsk şəhəri yaxınlığında, Malinovka qəsəbəsində qəzaya uğrayıb.
Təhsil-press.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Əməliyyat Mərkəzinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.
İlkin versiyaya əsasən vertolyot elektrik xəttinə çırpılma nəticəsində yerə düşüb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır. Ölənlərin sayı barədə məlumat verilməsə də, meyitlərin evakuasiyasının aparıldığı bildirilib.

Təhsil-press.az

Oxşar xəbərlər