“Vaşinqton Paşinyanı başqa tərəfdarı ilə dəyişməyi düşünür”

“Vaşinqton Paşinyanı başqa tərəfdarı ilə dəyişməyi düşünür” “Gallup” mərkəzinin Ermənistanda keçirdiyi sorğunun nəticəsi iki əhəmiyyətli məqamı üzə çıxarıb. Birincisi, Baş nazir Nikol Paşinyana ictimai etimad səviyyəsi azalıb. İkincisi, sorğu nəticəsinə görə, Ermənistanda konstitusiyanın dəyişdirilməsinin əleyhinə olanlar tərəfdarları üstələyib”.
Bu barədə siyasi şərhçi Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.
Politoloq sorğu mərkəzinin erməni cəmiyyətinə və beynəlxalq aləmə əks-mesaj verdiyini bildirib: “Gallup” sorğu mərkəzinin baş ofisi ABŞ-də yerləşir. Qəbul olunub ki, Vaşinqton Nikol Paşinyanı dəstəkləyir və onun Moskva qarşısında zəifləməsini istəmir. Ancaq Vaşinqtonla bağlılığı olan sorğu mərkəzi erməni cəmiyyətinə və beynəlxalq aləmə əks-mesaj verib. Görünür Vaşinqton Paşinyanı Ermənistan hakimiyyəti içərisində bir başqa tərəfdarı ilə dəyişməyi ciddi düşünür. Digər tərəfdən, Vaşinqtonun Paşinyanın yeni konstitusiyanın qəbulu təşəbbüsünü bu vaxta qədər dəstəkləməməsi “Gallup” mərkəzinin bununla bağlı sorğusundan da aydın olur”.

Tehsil-press.az

Oxşar xəbərlər