Ermənistan vətəndaşlarının 67%-dən çoxu ölkənin Baş naziri Nikol Paşinyana etibar etmir.
Bu barədə məlumatı “GALLUP Beynəlxalq Assosiasiyası”nın Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, Paşinyanın iyulun 25-i keçirdiyi mətbuat konfransını vətəndaşların 65%-i izləyib. O bildirib ki, respondentlərin 16,1%-i Baş nazirin cavablarına etibar etmək olarmı sualına müsbət cavab verib: “Belə ki, sorğu iştirakçılarının 14,5 faizi bu suala güman ki, etibar etdiklərini, 13,1 faizi etibar etmədiklərini, 54,4 faizi isə tamamilə etibar etmədiklərini bildiriblər. 1,8% isə cavab verməkdə çətinlik çəkib”.
Bununla yanaşı, respondentlərin fikrincə, təhlükəsizlik məsələləri ölkədə ən ciddi problemdir.
Tehsil-press.az