Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Bədii keramika, şüşə və metal kafedrasının müəllimi Zinaida Mirzəzadə İngiltərədə keçirilən sərgidə mükafata layiq görülüb.
Bədii metalda stilizə üzərində çalışan rəssam “Qızıl zamanın istedadları” müsabiqəsində iki nominasiya üzrə qalib olub. Belə ki, 71 ölkədən mindən çox rəssamın yer aldığı sərgidə Zinaida Mirzəzadənin metaldan işi “Stonehenge” dekorativ asma əsəri II, rəngli qrafika nominasiyası üzrə “Uğura aparan yol əsəri isə” III yerə layiq görülüb.
“Qızıl zamanın istedadları” müsabiqəsində əsərlərin qiymətləndirilməsi 18 ölkənin təmsil olunduğu münsiflər heyəti tərəfindən seçilib.
Qeyd edək ki, Zinaida Mirzəzadə bu günədək ölkəmizdə və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısı və qalibidir.
Tehsil-press.az