Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Dünya xilas olacaq” adlı onlayn sərgi keçirilib

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Dünya xilas olacaq” adlı onlayn sərgi keçirilib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) “Dünya xilas olacaq” adlı onlayn sərgi keçirilib.
69 nəfərin iştirak etdiyi sərgidə 90 əsər nümayiş olunub. Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, ADRA-nın nəzdində İncəsənət Kolleci və Azərbaycan Dövlət İqtisad Universiteti tələbələrinin birgə layihəsidir. Layihənin rəhbəri İncəsənət Kollecinin müəllimi, memar və dizayner Fərəh Əmirovadır. Sərgidə kollecin məzunu Aytəkin Zayidova ən gözəl rəsm əsəri nominasiyasına görə birinci yerə layiq görülüb.
Qeyd edilib ki, sərginin məqsədi koronavirusa qarsı mübarizəni dəstəkləmək, xəstəlikdən müdafiə üsulları haqqında insanları maarifləndirməkdir. Həmçinin pandemiya səbəbindən yeniyetmə və gənclərdə əmələ gələn təşviş, depressiya, stress və müxtəlif fobiyaların qarşısını almaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər